!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizəd Gülşən Paşayeva iş adamları  və icma liderləri ilə görüşdü

!Reklam – Yazi

Avqustun 22-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilmişdir. Təbdirdə Qala və Binə qəsələrində yaşayan yerli sakinlərlərlə yanaşı bu ərazidə fəaliyyət göstərən bəzi iş adamları və icma liderləri də iştirak etmişlər.

Yenicag.az xəbər verir ki, ilk olaraq namizədin vəkilləri Ramin Quliyev və Ayxan Rüstəmzadə Gülşən Paşayevanın çoxşaxəli əmək və elmi fəaliyyətindən danışaraq, seçiciləri ona dəstək verməyə çağırmışlar. Onlar eləcə də ölkə iqtisadiyyatının inkişafında iş adamlarının əhəmiyyətli rol oynadığını bildirərək, işsizliklə bağlı problemlərin həllində onların da əməyini qeyd etmişlər. Daha sonra çıxış edən şərqşünas alim, filologiya elmləri üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi Gülşən Paşayevanın uzun illər ərzində Qarabağ həqiqətlərini beynəlxalq platformalarda səsləndirməsi istiqamətində apardığı fəaliyyətindən bəhs etmişdir.

Daha sonra çıxış edən namizəd Gülşən Paşayeva seçiciləri öz platforması ilə tanış etmişdir.  O həm iş adamlarını, həm də icma liderlərini yerli səviyyədə yaranmış problemlərin həllində yaxından iştirak etməyə çağırmışdır. Hər iki qrupun nümayəndələrinin sosial sabitlik və rifahın əldə edilməsində özünəməxsus rola malik olması xüsusi olaraq vurğulanmışdır.

Görüş iştirakçıları narahat edən məsələlərin müzakirəsi ilə davam etmiş və səmərəli fikir mübadilə aparılmışdır. Sakinlər tərəfindən qaldırılan bütün problemlər namizəd Gülşən Paşayeva tərəfindən qeydə alınmışdır. Seçiləcəyi təqdirdə bu problemləri daha yaxından araşdıcağını bildirən namizəd, onları yerli və mərkəzi aidiyyəti qurumlar qarşısında qaldıracağını diqqətə çatdırmışdır.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində müstəqil namizədin Binə və Qala qəsəbəsində görüşləri davam etməkdədir.

COP29

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv