Direktor karyera mübarizəsinə girişib
Paytaxtda fəaliyyət göstərən 2 saylı Bakı Peşə Məktəbində bir sıra xoşagəlməz hallar baş verir.
Təhsil müəssisəsinin həm müəllimləri, həm də tələbələri bir sıra bürokratik məsələlərə, şəxsi təmənnalara görə incidilmələrindən şikayət edirlər. Qeyd edirlər ki, məktəbin direktoru Firudin Paşayev peşə məktəbini istədiyi kimi idarə edir. Bura təhsil müəssisəsindən daha çox direktorun şəxsi təhsil obyektinə bənzəyir. Xoşagəlməz əməlləri ilə tanınan peşə məktəbinin rəhbəri gözdən iraqolduğunu düşünərək məktəbdə «dəmir» qanunlar sistemi yaradıb:
«Burada bir sıra özbaşınalıqlar ayaq açıb yeriyir. Firudin Paşayev əvvəllər 9 saylı liseydə böyük bir rüsvayçılıq edib. Söhbətin nədən getdiyini o özü və liseyin müəllimləri çox yaxşı bilirlər. Təəssüf ki, Firudin Paşayev bu gün öz bədxah əməllərilə artıq 2 saylı Bakı Peşə Məktəbinin direktoru vəzifəsində çalışmaqdadır. Buna görə də, 9 saylı liseydə baş verənlər hal-hazırda 2 saylı Bakı Peşə Məktəbində təkrarlanır.
Məktəbdə bir müddət əvvəl qurtarmış yaz sessiyasının semestrləri zamanı bu məktəbdə təhsil alanlardan mütəmadi olaraq ən müxtəlif bəhanələrlə vəsaitlər toplansa da, bu yığımlar belə Firudin Paşayevin tələblərini tam ödəmədi”. Müəllim və tələbələr bildirirlər ki, şəxsi təmənnanı əsas həyat prioritetinə çevirmiş məktəbin rəhbərliyində təmsil olunan ayrı-ayrı şəxslər şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmirlər. 2 saylı Bakı Peşə Məktəbinin şagirdləri onlara ayrılmış aylıq təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda, rəhbərlikdə təmsil olunan müəllimlərdən biri həmin kartları şagirdlərdən yığaraq özündə saxlayır. Bir sözlə, 2 saylı Bakı Peşə Məktəbinin direktoru Firudin Paşayevin fəaliyyəti şagirdlər, müəllim heyəti, eləcə də rayon sakinləri tərəfindən müsbət qarşılanmır.
Firudin Paşayev burada yaradılan bütün şəraitlərdən yalnız şəxsi mənafeyi üçün istifadə etməyə çalışır. Bütün bunlar bir yana, dünən redaksiyamıza daxil olan məlumatlara görə, baş verən xoşagəlməz hallara baxmayaraq Firudin Paşayev Təhsil Nazirliyində vəzifəyə təyinat almaq üçün mübarizəyə başlayıb. O, nazirlikdə şöbə müdiri olmaq niyyətindədir.
P.S. Qarşı tərəfə münasibət haqqı tanınınır(xəbər.info).