!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Komitəsi və “Azərişıq” prezidentin sosial çağırışına qoşuldu - FOTOLAR

!Reklam – Yazi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib.

ASC-dən Yenicag.az-a verilən məlumata görə, gündəlik tələbat mallarında ibarət olan 1 200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda – Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1 800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.

Risk qrupuna daxil olan insanların evdə qalması və virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərlə infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.

“Azərişıq”ın “ASAN xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktoru Elsevər Rüstəmli jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum ənənəvi olaraq bu tipli aksiyalarda iştirak edir: “Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir. “Azərişıq” olaraq biz də bu aksiyaya qoşulmuşuq və belə aksiyalar davamlı olacaq. Rəhbərliyimizin ciddi tapşırığı ilə növbəti ayda da belə bir aksiya həyata keçiriləcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elşən Əliyev də açıqlamasında təmsil etdiyi qurumun ölkə rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini və davamlı olaraq bu aksiyaları keçirdiklərini qeyd edib.

Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

COP29

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv