Dövlət qulluğuna qəbul imtahanı keçirildi

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bir nəfərin üzərində mobil telefon tapıldığı üçün imtahandan xaric olunub və nəticəsi araşdırılaraq ləğv olunacaq.

Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanın nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600