!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya əhalisinin süni şəkildə AZALDILMASI: "Dünyada baş verən bir çox proses fərdlərin uşaq sayının azaltmasına səbəb olur"

!Reklam – Yazi

“Dünyada əhali sayının tənzimlənməsi üçün əhalinin sayının azaldılması prosesi qaçınılmazdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya əhalisinin sayının azaldılması prosesi haqda danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, hər qadına düşən uşaqların sayının azalması 19-cu əsrin sonlarından başlayıb.

“Əlbəttə, əgər biz dünyadan insan sayının ciddi şəkildə artığı, qida və su ehtiyatları yaşayış yerlərinin sıxlığının çoxaldığını nəzərə alsaq, əslində, dünyada əhali sayının tənzimlənməsi üçün əhalinin sayının azaldılması prosesi qaçılmazdır. Lakin düşünürəm ki, bu proses müharibələrlə tənzimlənməzsə, daha yaxşı olar”, – deyə o əlavə edib.

M.Zeynalova bildirib ki, sənaye inqilabları, qadın hüquqlarının kişilərlə bərbarələşməsi, qadınların əmək bazarında kişilərlə bərabər çalışması bu prosesə öz təsirini göstərib: “
İndiki halda isə qeyd etdiyim kimi, sosial bərabərliyi əldə etmək, uşaqların inkişafına daha çox kapital qoyaraq, onların cəmiyyətdə müəyyən statusunu əldə edilməsinə təkan verilməsi üçün uşaqların sayının azalması prosesi daha da sürətlənir”.

Mehriban Zeynalova qeyd edib ki, dünyada baş verən bir çox proses fərdlərin uşaq sayının azaltmasına səbəb olur:

Dünyada son illər baş verən pandemiya, daha sonrakı proseslər, postpandemiya dövründəki çətinliklər, sosial psixoloji gərginlik, boşanmalar, iqtisadi və sosial imkanlara tələblərin artması, qlobal böhranla bağlı mesajlar insanların uşaq sayının azaltmasına öz təsirini göstərir. Azərbaycanla bağlı hələ ki, əhali sayının azalması yaxın dövrlər üçün aktual görünməsə də, ekoloji fəalkətlərin bu prosesi tezləşdirə bilməsi ehtimalı da az deyil. Ələlxüsus da, içməli su ehtiyatı məsələsi çox mühüm məsələlərdən biridir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

964
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv