!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı heyrətləndirən türk komandoslar: Onlar kimdir? - VİDEO

!Reklam – Yazi

Onlar qatıldıqları bütün hərbi təlimlərdə birinci olurlar. Bu onların özünə inamından, keçdikləri təlimdən qaynaqlanır.

Onların keçirdiyi əməliyyatlar dünyanın ən məşhur generallarını belə heyrətləndirir. Türkiyə Zeytun Budağı Əməliyyatı ilə Afrində terrorçularla apardığı mübarizədə komandosların xüsusi əməliyyatları onlara olan inamı bir daha artırdı. Hətta o zaman ABŞ qoşunlarının komandanı general Pavel E.Funk maraqlı açıqlama vermişdi: ”Türk əsgəri mümkün olanı yox, mümkünsüz görünən tapşırığı yerinə yetirir.”

Bu gün dünyada öz bacarığı, peşəkarlığı ilə seçilən onlarla xüsusi təyinatlı qruplar var. Lakin türk komandoslar hər il keçirilən yarışda birincilik qazanmaqla bu yarışın ləğv olunmasına şərait yaradıb. Belə ki, xüsusi təyinatlı qruplar arasında ard-arda qalib olan türk komandosların qələbəsi böyük dövlətləri qıcıqlandırıb. Elə bu səbəbdən yarışma ləğv edilib. Onlar öz bacarığı ilə bütün dünyanın diqqət mərkəzinə düşüb.

Dünyanı heyrətləndirən türk xüsusi təyinatlılar necə hazırlanır?

Türkiyənin məşhur Su Altı Savunma (SAS) və Su Altı Taaruz (SAT) xüsusi təyinatlıları istənilən şəraitdə həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadirdirlər. Xüsusi təyinatlılara seçim olduqca ciddi aparılır. 10000 namizədin içərisindən 100 ən güclü, dözümlü olanı seçilir və komandoslar boş bir adaya aparılır. Adaya xüsusi gəmi ilə gələn namizədlərə çox qısa zamanda 6 kilometrlik adadan sahilə çıxmaq tapşırığı verilir. Komandoslar hərəkətə başlayandan 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandoslar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimlərin birində iştirak edən türk jurnalistlərdən Hakan Ozan bu təlim haqqında yazırdı: ”Bu təlimdən sağ çıxmaq olduqca çətin görünür. Ancaq komandosların əzmi adamı heyrətləndirir”.

Çox zaman silahsız komandoslar onların ardınca düşən vəhşi köpəkləri yalın əllə və dişləri ilə parçalamalı olurlar. Bu seçimdən çıxan komandoslar sonrakı mərhələdə dənizin ortasına aparılır və suya buraxılırlar. Onlara bir saat sonra başqa bir qayıqla aparılacaqları bildirilir. Amma qayıq 3 saat sonra gəlir və onların yanında dayanmadan keçir. Komandoslar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər isə daha 3 saat suda gözləməli olurlar. Seçimin belə çətin olmasına baxmayaraq, 100 komandosdan 50-55 nəfəri bu təlimdən uğurla çıxır.
Belə təlimlərin çətinliyinə dözməyib dünyasını dəyişənlərin sayı onlarladır.

Komandosların ən çətin sınağı isə “cəhənnəm həftəsi” adlandırılan sınaqdır. Bu sınaqdan dünyanın bir çox xüsusi təyinatlıları da istifadə edir. Sözügedən sınaqdan çıxanları səhra döyüşləri üçün hazır komandos adlandırırlar. Meşəyə cəmi bir bıçaqla buraxılan əsgər bir həftə ərzində həm özünü yeməklə təmin etməli, həm də vəhşi heyvanlardan qorunmalıdır. Bu təlimlərdə əsgərlər ilan və qurbağalarla qidalanır, həmçinin vəhşi heyvanları ovlayıb yeyirlər.

Türkiyə Silahlı Qüvvələrinin və dünyanın ən güclü xüsusi təyinatlıları isə sözsüz “Bordo berelilər”dir. “Bordo berelilər”i fərqləndirən cəhət odur ki, bu birlik tamamilə zabitlərdən və gizirlərdən formalaşdırılır. “Bordo berelilər”də xidmət keçmək istəyən könüllülər 3 il ərzində çox ağır təlimlərdən keçdikdən sonra bu ada layiq görülürlər. Bu sınaqdan keçmək isə hər kəsə nəsib olmur. “Bordo berelilər” ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimlərində iştirak edirlər. “Bordo berelilər”in adları açıqlanmır. Onların kimliyi MİT tərəfindən qorunur və gizli saxlanır.

Bu təlimləri izləyənlər onu “yaşamaq üçün son ümid yolu” adlandırırlar. “Bordo bereli” üçün asan tapşırıq olmur. Onlar peşəkar paraşütçü kimi yetişdirilməklə yanaşı, təkbaşına bir neçə gün keçilməz olan qarlı dağı aşmalı, ən əsası sağ qalmağı bacarmalıdırlar.

Türk “Bordo berelilər” təlimlərdə dünyanın ən məşhur xüsusi təyinatlıları sayılan “Amor” və “Delta Force” qruplarını məğlub etməklə öz güclərini nümayiş etdiriblər.

“Bordo berelilər”in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə “məni vurun!” desə, bunu sözsüz yerinə yetirirlər.

“Bordo bereli” olmaq olduqca çətindir. Bu təlimlərdən uğurla keçənlərlə müqavilə bağlanır və xidmətə götürülür. Onların maaşı Türk ordusunda ən yüksək əməkhaqqı sayılır. Ən azı 5000 türk lirəsi əməkhaqqı ilə işə götürülən “bordo bereli”nin maaşı 15000 türk lirəsinə qədər artır.

PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: “Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandosdur. Qaçıb canınızı qurtarın! Əgər sizi gördüyü zaman qeyb olmuşsa və ətraf səssizsə, bilin ki o, “Bordo bereli”dir. Narahat olmayın o, sizi tapacaq”.

Qoşqar Salmanlı

www.yenicag.az

3186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv