Dünyanın 25 möcüzəvi məkanı
Dünyanın ən gözəl mənzərəyə malik məkanlarının adı açıqlanıb.
Siyahıya 25 yerin adı daxil edilib.
Kanada yerləşən Abraham gölü siyahın ilk pilləsində yer alıb. Gölün dibindəki bitkilər tərəfindən yayılan metan qazı orada əsrarəngiz buz dənəciklərin meydana gəlməsinə səbəb olur.
Siyahıda daha sonra Hindistanda yerləşən Murudeşvara məbədinin adı qeyd olunub.
Möhtəşəm mənzərəyə malik olan məkanların siyahısı belədir:
Beliz dövlətinin sahillərində yerləşən mavi çökəklik, Finlandiyada yerləşən Qış Möcüzələri Diyarı, Argentinada hər gün böyüyən buzlu sahə, Şimali İrlandiyada nəhəng daşlardan ibarət dəniz sahili, Venesuelladakı “itkin dünya” deyilən Roraima dağı, Meksikadakı billur mağara, İndoneziyadakı dumanlı Bromo vulkanı, Genuyadakı möhtəşəm Kayiteur şəlaləsi, Yunasındakı dünyanın ən gözəl qumsallarından bir sayılan Navagio çimərliyi, Çindəki qızılı sarı rənglərin hakim olduğu Kanola çiçək səhrası, İtaliyadakı Cənubi Tirol, ABŞ-dakı rahatlıq məkanı Skagit vadisi, Boliviyidakı ən böyük duzlu göllərdən biri olan Salar de Uyuni gölü, Çindəki möhtəşəm Ay Təpəsi, Namibiyadakı bitkilərin sussuzluqdan quruduğu və “ölü bataqlıq” adlandırılan Dead Vlei çölü, ABŞ-dakı Şeytan Qalası, Türkmənistandakı cəhənnimin yer üstündəki bir nümunəsi sayılan “Cəhənnəmə açılan qapı” adlı məkan, Perudakı Maçu Piccu antik şəhəri, Çində rəngli 700 hovuzdan təşkil olunan Huanglong vadisi, Misirdəki “Ağ Çöl”, Çilidəki qədim heykəllərdən ibarət olan Paskalya adası, Almanyadakı yol kənarında sıralanan gilas ağaclarının çiçəkləri, Çilidəki mərmər mağara, dünyanın ən füsünkar 25 məkanı siyasında yer alıb.