Əbdül Xalidlə bağlı ŞOK İDDİA: “İlk evliliyindən olan uşağına…”

media-hightechnic-468x90

“Şəxsi həyatımın qapalı olmasını istəmişəm, belə də qalacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid “Öz aramızda” verilişində deyib.

O, “deyilənə görə ilk evliliyindən olan övladı ilə maraqlanmır” sualını cavablandırıb:

“Kimdirsə başından böyük danışır, əsas Allahım şahiddir. Şəxsi sualları sevmirəm. Şəxsi həyatımın qapalı olmasını istəmişəm, belə də qalacaq. Lakonik şəkildə onu deyə bilərəm ki, Mədinə qızımla münasibətimiz çox yaxşıdır. Həftədə bir iki dəfə danışırıq. Amerikada təhsil alır, 15 yaşı var. İki qızım var, digər qızım Dilbərin də 3 yaşı var və qız ataya bağlı olur. Heç kəs həyatda heç nədən sığortalanmayıb. Bunun övladlara heç bir aidiyyəti yoxdur. Hər zaman onun arxasındayam. O da mənimlə fəxr edir”.

Müğənni “qızınızın xərclərini özünüz çəkirsiniz” sualına belə cavab verib:

“Qızımın heç nəyə ehtiyacı yoxdur. Lazım olsa, xərclərini mən də çəkərəm”.

Qeyd edək ki, Əbdül Xalid iki dəfə evli olub. Birinci evliliyindən 1, ikinci evliliyindən isə 2 qız övladı var.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa