Əli Mirəliyevdən sərt TƏNQİD: “Hamısını quyuya atıb boğmalısan!”

media-hightechnic-468x90

 

“Ayağım əməliyyat olunandan sonra çox gəzə bilmirəm, efirlərə çıxmıram. Amma lazım olanda oxuya bilməyən müğənnilərin “iynəsini” vururam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Bir neçə ay öncə ayağından əməliyyat olunan sənətçi efirlərə çıxmamasının səbəbini də elə ayağındakı problemlə əlaqələndirib:

“Aprel ayında həyətdə yıxıldım, omba sümüyüm sındı. Bud çanağımda əməliyyat olunub, ayağımda protez var. Bir ayağımı çəkirəm”.

“Sənət adamları sizinlə maraqlanırmı, hal-əhval tuturmu?” sualına Mirəliyevin cavabı belə olub:

“Şou əhlinin adamlığı yoxdur, hamısını tökəsən quyuya, ağzını bağlayasan, hamısı boğulsun. Adamlıqları yoxdur. Bahalı villalarda yaşayırlar, bahalı avtomobillər sürürlər, amma nə olsun, sənətləri yoxdur. Elə bilməsinlər ki, Əli, meydanda yoxdur. Xeyr, mən hər zaman meydandayam. Ayağım əməliyyat olunandan sonra çox gəzə bilmirəm, efirlərə çıxmıram. Amma lazım olanda oxuya bilməyən müğənnilərin “iynəsini vururam”. Əli ilə maraqlanmasınlar, eybi yox, amma məni xalq sevir. Mən heç zaman özümə müğənniyəm, sənətkaram deməmişəm. Sadəliyimlə seçilmişəm. Amma sosial şəbəkələrdə bir nəfər də olsun şəklimin altında mənfi rəylər yazmayıb. Bu, elə-belə şey deyil, bu, insanların münasibətidir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa