Əllərinizi yuyanda özünüzü aldatmayın

media-hightechnic-468x90

jjjjjjjjjjSağlamlığın qorunmasında gigiyenik qaydalara riayət vacib faktorlardan biridir. Təmizlik isə şəxsi gigiyenanın ən başlıca şərtidir.

Statistik göstəricilərə görə, Afrikada uşaq ölümlərinin başlıca səbəblərindən biri məhz “çirkli əllər”dir. Bu da bir faktdır ki, bir çox xəstəliklər yuyulmamış əllər vasitəsi ilə orqanizmə yol tapır. Tədqiqatçıların gəldikləri nəticəyə görə, insan öz əllərində orta hesabla 4700-dən artıq bakteriya növü gəzdirir. Çoxlarımızın çox da diqqət yetirmədiyi əllərin təmiz saxlanılması sağlamlıq durumuna birbaşa təsir göstərən amillərdəndir.

Yəqin siz də şahidi olmusunuz ki, dönərxanaların qarşısında dönər yeməyə tələsənlər, kafelərdə tez-tələsik nahar edənlər, ofislərdə vaxt azlığından ayaqüstü yemək yeyənlər cox vaxt əllərini yumaq haqqında belə düşünmürlər. Ən yaxşı halda isə əllərini bir stəkan su ilə yaxalamaqla kifayətlənirlər. Əlbəttə, bu əl yumaqdan daha çox özünü aldatmaqdır.

Acınacaqlı hal odur ki, əllərini yumağa tənbəllik edən insan təkcə özünü yox, ətrafında olanları da “səxavətlə” infeksiyalarla təmin edir. İstər evdə, istərsə də iş yerində həmin şəxs qapı tutacaqları, açar, ümumi istifadədə olan əşyalar vasitəsi ilə özündən də xəbərsiz ötürücülük funksiyasını həyata keçirir. Və ümumiləşdirilmiş şəkildə götürsək daha çox təsadüf etdiyimiz mədə və bağırsaq infeksiyalarının ən başlıca səbəbi yuyulmamış çirkli əllərdir.

Təəssüf doğuran hallardan biri də odur ki, bəzi insanlar elə düşünürlər ki, əllər yalnız səhərlər və tualetdən cıxdıqdan sonra yuyulmalıdır. Təbii ki, bu yanlış fikirdir və ən azı aşağıda göstərilən vaxtlarda əllərin yuyulması vacibdir:

Yeməkdən əvvəl və sonra

Yeməyin hazırlanmasından əvvəl

Tualetdən sonra;

İctimai nəqliyyatdan istifadədən sonra

Alış-verişdən sonra

Pul saydıqdan sonra

Başqa yerdən evə qayıtdıqdan sonra

Mənzili təmizlədikdən sonra

Asqırdıqdan, öskürdükdən və əsnədikdən sonra

Uşaqları yedizdirməmişdən əvvəl

Kontakt linzaları dəyişməzdən əvvəl və s.

Bəs əllər necə yuyulmalıdır? Əllərin təmiz yuyulması üçün suyun isti olması bir o qədər də vacib deyil. Ən azı əllərinizi 20-30 saniyə ərzində axar suyun altında saxlayın. Məhz xəstəliklərə səbəb ola biləcək mikroorqanizmlərin sayı bu müddətdə kəskin şəkildə azalacaq.

Əllər yuyularkən sabun seçiminə diqqətlə yanaşmaq lazımdır. Hazırda yetərincə peklam olunan antibakterial sabunlardan gündəlik istifadə etmək məqsədəuyğun deyil. Çünki bu sabunlar əllərdə olan bakteriyalarda seçim edə bilmir. Həm zərərli, həm də xeyirli bakteriyaların hamısını məhv edir. Digər tərəfdən antibakterial sabunlar allergiyaya da səbəb ola bilər. Belə sabunlarla xəstələrlə təmasda olduqdan, kimyəvi maddələrlə işlədikdən, dərman pereparatlarının istifadəsindən sonra əlləri yumaq məsləhətdir və əllər yuyulduqdan sonra yaxşıca yaxalanmalıdır. Sabun alarkən əllərinizin dərisinə uyğyn seçim edilməlidir.

Əllər yuyulduqdan sonra təmiz dəsmalla tam qurulanmalıdır. Bəzən belə halların da şahidi oluruq ki, bəzi insanlar əllərini bir-birinə sürtməklə, yaxud havada yelləməklə kifayətlənir. İstər evdə, istərsə də işdə hər bir kəsin ayrıca dəsmalı olmalıdır.

Bütün bunlar ilk baxışdan adi görünsə də bu qaydalara riayət etməmək ağlımıza gəlməyən fəsadlarla nəticələnə bilər. Odur ki, əllərinizi təlim-tələsik yumaqla özünüzü aldatmayın, əllərinizi qaydasında yumağa tənbəllik etməyin. Bununla siz həm özünüzü, həm də ətrafınızdakı insanları xastəliklərdən qorumuş olarsınız.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600