Elman Rüstəmov bank sektorundakı vəziyyətdən danışdı

media-hightechnic-468x90

88393Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Sumo Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın bank sektorunda AYİB-in aktiv iştirakı və əməkdaşlığı, həmçinin bank sisteminin davamlı inkişafına dair məsələlər müzakirə edilib.

Mərkəzi Bankla AYİB arasında əlaqələri yüksək qiymətləndirən E.Rüstəmov AYİB-in Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini bildirib. O, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun artırılmasına dair ətraflı məlumat verib. Azərbaycan bank sektorunda vəziyyət sabitdir, sektor kifayət qədər kapitallaşıb və kapital adekvatlığı yüksəkdir.

E. Rüstəmov Azərbaycanın AYİB ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O qeyd etib ki, AYİB ilə əməkdaşlığın artıq yeni strateji istiqamətləri ortaya çıxır və bütün bu istiqamətlər qeyri-neft sektorunda investisiya fəallığının daha da artırılması və şaxələnmənin sürətlənməsinə yönəlmişdir. AYİB ilə Ölkə üzrə Strategiyasında qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməli, bu sahədə maliyyələşmə və sərmayələrin həcmi artırılmalıdır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600