!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Qasımovun işçisinin iki oğlu dələduz çıxdı

!Reklam – Yazi

12006282_10206530616576913_4359042770638687369_nAzərbaycanın tanınmış professorunun iki oğlu beynəlxalq axtarışa verilib.

38 yaşlı Eldar Azakov mənimsəmədə, onun qardaşı 35 yaşlı Fərid Azakov isə mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.

Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.

Axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.

Bu barədə S. Azakov övladlarının axtarışda olması xəbərini təsdiqləyib: “Mənim bir oğlum xaricilərlə birlikdə işləyirdi. Onlar Bakıda şirkət açmışdılar. Həmin xaricilər oğlumun vasitəsilə Azərbaycanda qanunsuz işlər görmək istəyirdilər. Təbii ki, övladlarım buna razı olmazdılar və bu işə getmədilər. Onlar da vəziyyətin belə alındığını görüb övladlarımdan qisas almaq üçün prokurorluğa şikayət etdilər. Həmin şikayət əsasında prokurorluqda iş açıldı və övladlarım Azərbaycanda olmadıqları üçün barələrində axtarış elan edildi. Mən bir ata kimi sizi əmin edirəm ki, Eldarın və Fəridin heç bir günahı yoxdur. Ümid edirəm ki, bu məsələ tezliklə ədalətli həllini tapacaq”.

S. Azakov axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib(APA).

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv