“Mələyin öpüşü” filmindəki obrazı ilə diqqət çəkən tanınımış reper Elşad Xose artıq özünü aktyor kimi sınamaq fikrindədir. Sənətçi repə qarşı marağının qalmadığını, bundan sonra kino yaradıcılığına üstünlük verdəcəyini deyib.
Yenicag.az-a açıqlama verən reper Hollivud ulduzları ilə filmə çəkilmək arzusunu dilə gətirib:
“Repə olan marağımı indi kino əvəzləyib. Kinoda Hollivud ulduzları Cenifer Lopez, Demi Mur, Selma Hayeklə tərəf-müqabili olmaq istəyirəm”.“Onlar sənə görə yaşlı deyil?”, sualına Xosenin cavabı belə olub:
“Qocalsalar da normal görünürlər. Ancaq onlarla sevgili obrazında çıxış etməzdim. Çünki mən pis sevgiliyəm”.
Bəs görəsən Elşadın Oksana ilə barışmaq fikri varmı?
“Oksana ilə bağlı mövzunu bağlamışıq. Mənim daha evlənmək fikrim yoxdur. Subay öləcəm”- deyə, reper bildirib.
Cəvahir
www.yenicag.az