“Elza Seyidcahan təyyarədə konsert verə bilməz”
Əməkdar artist Elza Seyidcahanın Bakı-İstanbul reysində konsert verəcəyi ilə bağlı açıqlaması ölkədə birmənalı qarşılanmayıb.
Bu olaya “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin reaksiyası sərt olub.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, Elza Seyidcahan təyyarədə konsert verə bilməz:
“İstər “Bakı-İstanbul” reysi olsun, istərsə də başqası, heç bir sənət adamı təyyarədə konsert verə bilməz. Qanunvericilikdə bu, qadağandır. Sərnişinləri mənzil başına çatdırmaq üçün müəyyən proqram var. Təyyarə o missiyanı yerinə yetirməkdən ötrü uçur. Orda hamı sakit oturur, kəmərlər bağlanır, təyyarə bələdçilərinin dediyinə əməl edir. Elza Seyidcahan isə konsert verəndə gərək rəqs etsin. Maşallah, onun enerjisi çoxdur”(aznews).