Əməkdar artist TƏƏSSÜFLƏNDİ: “Əgər aktyorun siması yoxdursa, onun...”
“Əgər aktyorun özünün siması yoxdursa, onun yaratdığı obrazın da siması olmayacaq”.
Bu sözləri tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.
O, sənətə gələn təsadüfü insanlardan danışaraq təəssüflənib:
“Bu gün təəssüf hissi ilə deməliyəm ki, sənət aləmində təsadüfü insanlar çoxdur. Onlar da haradansa sponsorlar tapır, film, seriallar çəkirlər. Öz yaxın adamlarını da o seriallara cəlb edirlər. Böyük sənətkarlar da nə vaxtsa peşəkarların çəkəcəyi ekran işlərini gözləyə-gözləyə qocalır, ya da dünyasını dəyişir. Mən də istəyirəm ki, sənətimlə məşğul olum, çəkilim, tamaşaçılarıma gözəl rollar təqdim edim. Amma, əgər çəkildiyim obraz tarixdə qalmayacaqsa, çəkilmək istəmirəm. Ustadım Rza Təhmasib “Qanun naminə” filmində kiçik bir epizodda çəkildi, lakin onun yaratdığı “Qaloş” obrazı tarixdə qaldı. Özünə hörmət edən aktyor sənətinə də hörmətlə yanaşmalıdır. Yoxsa ki, çəkilmək xatirinə nəyə gəldi çəkilmək olmaz. Əgər aktyorun özünün siması yoxdursa, onun yaratdığı obrazın da siması olmayacaq”.
Cəvahir