Əməkdar artistdən QALMAQALLI SÖZLƏR: “Pullarını da elələrinə verirlər”
“O cür oxuyan müğənniləri dəvət edirlər və əlində olan pulu da onlara verirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Gülüstan Əliyeva “Öz aramızda” verilişində deyib.
Sənətçi Moskva toylarında oxuyan müğənilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:
“Deyirlər, filankəs tez-tez Moskvaya gedib-gəlir. Moskvada kimlər var bu gün? Bazarda çalışanlar, ticarətlə məşğul olanlar. Çox az sayda orada ziyalı insanlarımız ola bilər. Bazarlarda çalışanların da eşitmək istədikləri, dinlədikləri müğənnilər var və onları məclislərinə dəvət edirlər. Onlar təbii ki, nə bizim vokalımıza, nə də milli musiqimizə qulaq asan deyil. Belə olan halda da o cür oxuyan müğənniləri dəvət edirlər və əlində olan pulu da onlara verirlər”.
Nehru













