“Adını çəksəm qınaq obyektinə çevirəcəklər. Mən o pullar keyiflə qazanmamışam axı…”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Yusif Mustafayev “Xəzər axşamı” verilişində deyib.
O, min bir əziyyətlə qazandığı 104 min manat pulu dostuna verdiyini və hələ də geri ala bilmədiyini bildirib:
“Ailə dostu olmuşuq, amma indi salam-sağ olumuz var. Xahiş edirəm, pullarımı qaytarın. O pulları sizə halal etmirəm. Çünki onları keylə qazanmamışam”.
Sənətçi borcu dolların kursunun aşağı olduğu vaxtda verdiyini deyib.
Nehru
www.yenicag.az