Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilən İrəvan Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevin vəziyyəti nisbətən yaxşılaşıb.
Yenicag.az-a açıqlama verən aktyor küçədə halının qəfildən pisləşdiyini bildirib. O, yoldan ötən bir şəxs tərəfindən xəstəxanaya çatdırıldığını qeyd edib:
“Bir həftədir ki xəstəxanaya yerləşdirilmişəm. Vəziyyətim çox pis idi. Həkimlər səhhətimin kritik həddə olduğunu deyirdilər. Amma hazırda özümü yaxşı hiss edirəm. İndiyə qədər iki dəfə ürək əməliyyatı keçirmişəm. Ürəyimə stend qoyulub. İndi də yüksək şəkər, əsəbi gərginlik, ürəyimdəki ağrılar məni yenidən xəstəxanalıq etdi. Mütəmadi sistemlər qoşulur, müalicə olunuram. Əsəbi gərginliyim aradan qalxmadığı üçün hələ də ürəyimdəki problemlər qalır”.
Qeyd edək ki, əməkdar artistin xəstəxanaya yerləşdirilməsi xəbərini ilk olaraq oxu.az saytı yayıb.
Cəvahir
www.yenicag.az