Emin Ağalarov “Crocus Group”un terror hücumundan sonrakı itkilərini açıqladı

media-hightechnic-468x90

“Agalarov Development” şirkətinin prezidenti, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə dəymiş ziyanı açıqlayıb. 

media-banner_tuq

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  Ağalarov ziyanın təxmini olaraq 150-200 milyon dollar qiymətləndirib.

“Biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group” üçün dağıdıcı təsir oldu, çünki terror aktından sonra ərazidəki bütün obyektlərin fəaliyyəti iflic vəziyyətə düşmüşdü və ziyarətçilərin sayı “azalmışdı”, – “RİA Novosti” onun sözlərindən sitat gətirib.

Ağalarov eyni zamanda vurğulayıb ki, terror aktı ilk növbədə iztirab çəkən və yaxınlarını itirən insanların böyük faciəsidir.

Xatırladaq ki, 22 mart 2024-cü il tarixində Rusiyanın Moskva şəhərindəki “Crocus City Hall”da terror aktı törədilib. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05