!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Enerji içkilərində GİZLİ MADDƏ - Bu təhlükəli xəstəliklərə səbəb olur

!Reklam – Yazi

Enerji içkiləri orqanizmə çox ciddi ziyan vurur və hətta ani ölümə səbəb ola bilir. Artıq dünyada bir neçə belə ölüm hadisəsi qeydə alınıb.

Mütəxəssislərin fikrinə görə, enerji içkilərin ziyanı siqaret və spirtli içkilərin sağlamlığa olan ziyanından heç də az deyil. Lakin siqaret və spirtli içilər reklam olunmur və uşaqlara satılmır. Enerji içkilər isə çox geniş, hətta deyə bilərik aqressiv şəkildə reklam olunur və istənilən yaşda olan uşaqlar onları asanlıqla alıb içə bilir. Təəssüflər olsun ki, bəzən bu içkilərin reklamında tanınmış simalar, hətta idmançılar da yer alır ki, bu insanlar əksinə cəmiyyətə sağlam vərdişləri aşılamalıdır. Lakin bu tamam başqa mövzudur…

Enerji içkilərin tərkibində yüksək miqdarda kofein var. Kofein orqanizmə güclü stimullaşdırıcı təsir edərək orqanizmin zəifləməsinə və tükənməsinə səbəb olur. Həmçinin kofein tez asılılıq yaradır və insana lazım olan “effekt” almaq üçün hər dəfə daha və daha çox enerji içki lazım olur.

Ancaq enerji içkilərinin mənfi təsiri burada bitmir. Rusiyanın “Svobodnaya Pressa” nəşrinə müsahibə verən həkim-diyetoloq Anastasiya Klemışına bu içkilərin tərkibində olan növbəti ziyanlı maddəsinin qorxunc sirrini açıqlayıb. Söhbət qlükuronolakton maddəsindən gedir. Bu maddə orqanizmdə qlükozanın mübadiləsi zamanı cüzi miqdarda əmələ gəlir və orqanizmə ziyan vurmur. Lakin enerji içkilərin tərkibində bu maddənin miqdarı orqanizmdə istehsal olunandan 500 (!) dəfə çoxdur. Qlükuronolakton Vyetnam müharibəsi zamanı süni sintez olunmuşdur və ABŞ əsgərlərinə döyüş ruhunu artırmaq məqsədi ilə verilirdi. Preparatın tərkibində qlükuronolakton maddəsi yüksək dozada idi və onun orqanizmə təsiri faciəvi olub – onu qəbul edən əsgərlərdə beyin şişləri və qaraciyər sirrozu aşkar olunurdu. Təbii ki, preparatın istifadəsi dayandırılıb.

Artıq dünyanın bir çox ölkələrində enerji içkilərin istifadəsinin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı müzakirələr gedir, bəzi ölkələrdə isə bu qaydalar artıq qüvvəyə minib.

COP29

www.yenicag.az

7953
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv