Ərdoğandan Ermənistan və İrana Zəngəzur dəhlizi ilə bağlı çağırış

media-hightechnic-468x90

“Ermənistandan sülh və firavanlığa yönəlmiş yanaşma gözləyirik”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“Azərbaycanlı qardaşlarımızı Qarabağda qazandığı qələbə münasibəti ilə bir daha təbrik edirik”, – o bildirib.

Ərdoğan həmçinin Zəngəzur dəhlizi ilə bağlı Ermənistana və İrana çağırış edib.

“Ermənistan Zəngəzur dəhlizinin açılması başda olmaqla, verdiyi vədlərə əməl edərsə, bu ölkənin rəhbərliyi ilə mərhələli şəkildə əlaqələrimizi inkişaf etdirməyə hazırıq”.

Ərdoğan İran rəhbərliyini də regionda sülhün, gələcək siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600