Ərəblər yenidən Bakıda

media-hightechnic-468x90

doha_forum_2_(1)Bu gün Bakıda ikinci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, bu biznes forumda Səudiyyə Ərəbistanın 160-dan artıq nümayəndəsi və 122 nəfər iş adamı iştirak edir. Onun sözlərinə görə, biznes foruma Azərbaycan tərəfdən 100-dən çox iş adamı qatılıb.

“Bu gün ölkələrimiz arasında olan ticarət dövriyyəsi Azərbaycan-Səudiyyə Ərəbistanın potensialına cavab vermir”, – deyə Ş.Mustafayev bildirib.

Nazir Azərbaycana bu günə qədər ümumilikdə 200 mlrd. dollar investisiya yatırıldığını deyərək Səudiyyə Ərəbistanının iş adamlarını Azərbaycanın kənd təsərrüfatı, İKT sektoruna investisiya yatırmağa dəvət edib.

Nazir iki tərəf arasında baş tutan danışıqlardan sonra ikiqat vergi tutmanın ləğv olunması ilə bağlı saziş imzalandığını bildirib.

“Hər iki tərəf arasında baş tutan görüşün müsbət nəticəsi kimi bu ilin noyabrından III Səudiyyə Ərəbistan-Azərbaycan biznes forumu keçiriləcək”, – deyə nazir vurğulayıb.

Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan əl-Rəbiə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanda iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır. O qeyd edib ki, bu gün iki ölkə arasında siyasi əlaqələr mövcuddur. Bunu prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri və Səudiyyə Ərəbistanı məmurlarının Azərbaycana səfərləri sübut edir.

Nazir qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi barədə sənədlər imzalanıb: “Bu sahədə işlər davam etdiriləcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi bizi qətiyyən qane etmir. Biz bu ticarət həcminin artırılmasına çalışmalıyıq.”

Əl-Rəbiə bu ilin noyabr ayında Səudiyyə Ərəbistanda keçiriləcək hökumətlərarasi komissiyanın iclasında iştirak etmək üçün maraqlı olan şəxsləri viza ilə təmin edəcəklərini deyib: “Həmin görüşdə hər iki tərəf üçün töhfə verəcək və maraqlı olacaq layihələr üzərində çalışacağıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600