“Əri hər gün mənə yazır” – Arzu hansı məşhuru RÜSVAY ETDİ?
“Elə məşhur cütlüklər var hamı deyir bunlardan xoşbəxti yoxdur. Hansı ki, həmin xanımın həyat yoldaşı yatıb “messencer”də, hər gün mənə yazır”.
Bunu Yenicag.az-aza açıqlamasında aktrisa Arzu Abdulova deyib.
Sənətçi şəxsi həyatını gözə soxan məşhurlarla bağlı qalmaqallı açıqlama verib:
“Hamı öz şəxsi həyatını gözə soxmağa çalışır. Baxırsan, heç xoşbəxt də deyillər. Evliliyin üstündən bir ay, beş ay keçməmiş boşanırlar. Elə məşhur cütlüklər var, hamı deyir ki, bunlardan xoşbəxti yoxdur. Hansı ki, həmin xanımın həyat yoldaşı yatıb “messencer”də, hər gün mənə yazır. Adama cavab verə bilmirəm. Tanıyanlar bilir, mən boş-boş danışmağı sevmirəm, faktlar, sübutlarla danışıram. Şəxsi həyatını bu qədər abartmağın nə mənası var, mənə çatmır. “Ay sevgilim mənə onu aldı, bunu aldı”. Lap elə yaxşı edib alıb. Olan var, olmayanı var. Mən maşını da özüm özümə alıram, qızılı da. Gəzintiyə də özüm gedirəm. Bunu açıb-ağartmağın nə mənası var?”
Cəvahir