Ermənilər Qarabağı istəməkdən necə vaz keçdilər? – Araşdırma
Bir gün Stalin Mir Cəfər Bağırovu Kremilə çağırır və deyir:
– Ermənistan Ali soveti Sessiya çağırıb. Dağlıq Qarabağın ermənistanın tərkibinə qatılmağını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikiriniz nədir?
C. Bağırov deyir:
– Yoldaş Stalin mən fikirimi kürsüdə deyəcəm.
Söhbət hər ikisinin arasında bitir.
Kremlin iclas zalında Sessiya başlanır. Ermənistan tərəfi alovlu çıxış edir, yekunda isə ermənipərəst qüvvələr, məruzəçini sürəkli alqışlarla qarşılayaraq əl çalırlar.
Söz verilir M. C. Bağırova. Bağırov üzünü sessiya iştirakçılarına tutaraq deyir:
– Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir . Bütün sovet xalqaları kimi, Azərbaycan və Erməni xalqları da faşist Almaniyasına qarşı çiyin-çiyinə mətanətlə vuruşmuşlar. Mən bilirəm ki, Ermənistanın kənd təssərüfatında yaralı torpaq sahələri azdır. Mən Ermənistan sesiyasının qərarını bəyənirəm, Dağlıq Qarabağın Ermənistana verillməsinin tərəfdarıyam, lakin Azərbaycanın qədim torpaqları olan Göyçə mahalı, Dərəlyəz mahalı, Zəngəzur mahalı, Borçalı mahalı və Dərbənd Azərbaycana ərazisini qatılsın.
Stalin Mir Cəfərin axırıncı sözünü eşidən kimi Ermənistan ali Sovetinin qərarının üstündən qırmız karandaşla yazır “Нелзя!”. Bununla da iclas sona çatır.
Araz Vəliyev, araşdırmaçı