“Erməniləri əldə tutan lobbi birlikləridir”
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Spiker Oqtay Əsədov iclası açıq elan edib. Millət vəkili Zahid Oruc Rusiyada müxtəlif səbəblərə görə yaşayanlara diqqəti çəkib: “Rusiya məkanı kifayət qədər böyükdür. Rusiya məkanında istər informasiya, maliyyə, diplomatik və digər sahələrdə ermənilər olmaqla önə çıxan şəxsləri demək istərdim. Bunlar əsasən maliyyə və digər sahələrdə şərhlər verirlər. Elə Rusiya xarici işlər naziri Sergey Lavrov da mənşəcə ermənidir. Erməniləri əldə tutan lobbi birlikləridir. Bizim təşkilatlarımızın fəaliyyəti isə problemlidir. Əgər biz Rusiyada yaşayan azərbaycanlıları fəhlə və ticarət sektorundan çıxarıb, idarəetməyə, Dumaya yönəldə bilsək, böyük güc olar. Azərbaycan da bundan güc ala bilər. Rusiyadakı azərbaycanlılar istənilən bir siyasi qüvvənin, yanında yer ala bilərlər. Onların mövqelərinin möhkəmlənməsi Rusiya kimi məkanın Azərbaycanın xeyrinə işləməsi demək olardı”.
O bildirib ki, Rusiyadakı azərbaycanlıların pərakəndə yaşama səbəbini müəyyən etmək məqsədi ilə parlamentin komitələr səviyyəsində müzakirələri keçirilsin.