“Ermənistan bu məsələdə ciddi addım ata bilməz”
“Reallıq bundan ibarətdir ki, Ermənistan öz iradəsi ilə hərəkət edə bilmir və bu dövlət Rusiyanın oyuncağıdır”.
Bunu açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspertin sözlərinə görə, Ermənistan müstəqil siyasətdən məhrum olduğu üçü hər bir məsələdə Rusiya ilə razılaşmağa məcburdur:
“Ermənistan atdığı və ya atacağı hər bir addımı, o cümlədən Qarabağ məsələsi ilə bağlı addımları Rusiya ilə razılaşdırmağa məcburdur. Bu isə o deməkdir ki, Rusiyanın razılığı olmadan Ermənistan bu məsələdə hər hansı ciddi, əsaslı addım ata bilməz. Bu gerçəyin hər kəs tərəfindən qəbul olunması lazımdır. Yalnız Rusiyanın razılığı olarsa, Ermənistan problemin həlli istiqamətində hansısa addımlar ata bilər”.