“Evinizdə hamı oxuyur, başqa işlə məşğul olmursunuz?” - Aparıcının sualına Gülyanaq Məmmədovadan REAKSİYA
“Hələ tam bəlli deyil, gələcəkdə oxuyacaqlar, ya yox. Uşaqdırlar deyə, həvəslərini qırmıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova “Xəzər axşamı” verilişində qonaq olarkən deyib.
Sənətçi aparıcı Mətanət Əliverdiyevanın “Ay Gülyanaq xanım, evinizdə hamı oxuyur, bu nə deməkdir? Başqa işlə məşğul olmursunuz? Elə hamınız oxuyursunuz” sualına belə cavab verib:
“Sübhan artıq ifa edir. Amma digərləri hələ yolun başındadır. Biri hələ çox balacadır, biri isə yeniyetmədir. Səsdəyişmə mərhələsindən sonra onların müğənni olub-olmayacağı bəlli olacaq. Sadəcə olaraq, hazırda böyük həvəs və istəkləri var, mən də onlara mane olmuram. Hesab edirəm ki, uşaqdırlar, biz sadəcə onlara cığır açaq. Gələcəkdə özlərini hansı sahədə tapacaqlarsa, o yolu da seçsinlər”.
Nehru













