“Facebook” 16 yaşını qeyd edir

media-hightechnic-468x90

2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” sosial şəbəkəsini istifadəyə verib.

Yenicag.az “ictnews.az”a istinadən xəbər verir ki, sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçmək imkanına malik idilər, 2004-cü ilin martından etibarən qeydiyyat Stenford, Yelsk və Kolumbiya universitetlərinin tələbələri üçün də əlçatan olub.

2005-ci ildə şirkət “facebook.com” domen adını 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçiləri üçün əlçatan olub. 4 ildən sonra şirkətin dəyəri 41 milyard dollar məbləğində qiymətləndirilmişdi.

2012-ci ilin mayında “Facebook” texnologiya sənayesi tarixində ən böyük “IPO” keçirərək 16 milyarddan çox dollar cəlb etməyə nail olmuşdu.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600