“Cambridge Analytica” skandalından sonra “Facebook” dünya ölkələrində keçirilən seçkilərin bütövlüyünü qorumaq üçün mühüm addım atıb.
Bu barədə şirkətin rəhbəri Mark Zuckerberg öz hesabından məlumat yayıb.
Belə ki, Facebook Rusiya İnternet Araşdırmalar Təşkilatı (IRA) tərəfində idarə edilən 270-dən çox səhifə və hesab üçün ciddi addımlar ataraq bunları əngəlləyib.
Şirkət rəhbəri bunun səbəblərini də ətraflı açıqlayıb.
Mark bildirib ki, onlar indiyə qədər IRA-nın xarici seçkilərə müdaxilə etməməsinə maneə olmağa çalışmaq üçün çoxsaylı tədbir görüblər:
“Budəfəki addım da məhz Rusiyadan idarə edilən səhifələr üçündür. Hansıki onlar dəfərlərlə ABŞ, Avropa və Rusiyada insanları manipulyasiya etməyə çalışıb.Biz istəmirik ki, bu fəaliyyəti dünyada “Facebook” üzərindən etsinlər”.
O, dünyada seçkilərin bütövlüyünü qorumaq üçün gördükləri tədbirləri detallı açıqlayıb.
Məlumata görə, 2016-cı ildən Rusiya təşkilatı IRA ABŞ-dakı seçkilərə müdaxilə etməyə çalışıb. Bunun üçün yüzlərlə saxta hesab yaradaraq bir şəbəkə qurub.
Bunu bilən “Facebook” onların fəaliyyətini araşdırmağa, səhifələri incələməyə başlayır.
Bu hadisədən sonra şirkət siyasətini daha da sərtləşdirir və bu müdaxiləyə maneə olmaq üçün addımlar atır. Saxta hesabları bağlamaq yeni AI sistemini qurur. araçlarına sahibiz. Beləliklə, bu alətlərdən istifadə edərək bir çox seçkilərdə manupilyasının qarşısını alırlar.
Mark-ın dediyinə görə, onlar 2017-ci ildə Fransada prezident seçkisinə qədər 30 min saxta hesabı tapıb və bağlayıblar.
Almaniyada da 2017-ci seçkilərindən əvvəl bu sahədə Federal İnformasiya Təhlükəsizliyi İdarəsi ilə birbaşa işləyiblər.
Onlar ABŞ-ın Alabama ştatında xüsusi seçkilərdə Makedoniyadan gələn saxta hesblara qarşı AI vasitələri yerləşdirib.
Şirkət idarəetməsində bu sahədə ciddi dəyişiklik edir. Belə ki, şirkət rəhbərinin sözlərinə görə, hazırda təhlükəsizlik və məzmun araşdırmasında 15 min işçi var. Bu ilin sonunda bu sayın 20 minə çatacağı gözlənilir.
Və bu addımlar yerli şirkətlərin xarici seçkilərə müdaxilə etməsini çətinləşdirib.
Mark bildirib ki, dünən “Facebook” yenilənməsi ilə IRA-nın Rusiyadakı insanları manpulyasiya etmək üçün geniş bir şəbəkədən istifadə etdiyi təsbit edilib:
“Bu da onların “Facebook”dan birdəfəlik uzaqlaşdırılması üçün növbəti addımdır. Biz IRA-nı insanları aldatmaq üçün saxta hesablaşmalar şəbəkəsindən istifadə etdiyini gördük. Facebook-da siyasi baxışları paylaşan insanlara və hökumətlərə hörmətlə yanaşırır. Amma bunları etmək üçün saxta hesablar qurmağa icazə vermirik. Bir təşkilat bunu dəfələrlə edəndə, biz onların saxta olan və olmayan bütün səhifələrini bağlayırıq. Və bu gün qeyd edilən səhifə və hesabları bağlamağımıza səbəb onların məzmuna uyğun olmadığı və IRA tərəfindən idarə edilməsidir”.
“Facebook” CEO-su Azərbaycandan da danışıb:
“Bu xüsusi səhifələr və hesablar şəbəkəsi Rusiyada və rus dilində danışan qonşu, Azərbaycan, Özbəkistan və Ukrayna kimi ölkələrdəki insanları hədəf alır. Bu vəziyyətdə əngəllənən səhifələr İRA tərəfindən idarə edilən Rusiyanın xəbər agentliklərinə aiddir. Təxminən bir milyon insan “Facebook” səhifələrindən ən az birini izləyir. Bu göstərici Instagram-da 500 mindir. Yaxın günlərdə istifadəyə verəcəyimiz bir sistem ilə artıq IRA tərəfindən idarə edilən səhifəni bəyənib, bəyənmədiyinizi yoxlaya biləcəksiniz”.(xeberler.az)
www.yenicag.az