“Facebook”a rəqib olacaq sosial şəbəkə yaradılacaq?

“Facebook”a rəqib olacaq sosial şəbəkə platforması yaradılıb.

Yenicag.az xəbər verir ki, “Wikipedia”nın yaradıcısı Cimmi Velsin (Jimmy Wales) qurduğu şəbəkənin adı “Wtsocial” olacaq.

Məlumata görə, bu sosial şəbəkə “istifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə paylaşılıb.

Platformanın ödənişli olacağı bildirilib. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.

Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib.