Feysbuk sosial şəbəkəsinin nümayəndələri Kanada, ABŞ və Britaniyadakı istifadəçilərindən intim şəkillərini göndərmələrini istəyib.
Yenicag.az xəbər verir ki, bu fotolar “pornoqisas”la mübarizə texnologiyasının hazırlanması üçün gərəklidir. Feysbuk istifadəçilərə əməkdaşlarından hər hansı biri ilə əlaqə yaradaraq bir dəfə istifadə üçün yararlı elektron forma almalarını və buraya öz çılpaq şəkillərini yükləmələrini təklif edib.
Şəkillər mütəxəssislərə unikal rəqəmsal qoruma sistemi yaratmağa kömək edəcək. Bunun sayəsində gələcəkdə şəxsi şəkillərin yüklənməsini izləmək mümkün olacaq. Uğurlu olacağı təqdirdə bu sistemdən “Messenger” və “Instagram”da da istifadə olunacaq.
Qeyd edək ki, istifadəçilər bundan öncə dəfələrlə baş verən məlumat sızıntılarını nəzərə alaraq hələ belə bir təşəbbüsü dəyərləndirməyə tələsmirlər. Belə ki, Feysbuk əməkdaşlarının bu fotoların anonimliyini qoruya biləcəklərinə dair zəmanət yoxdur.