“Facebook”un işində problem yarandı

“Facebook” sosial şəbəkəsinin işində problemlər bir sıra ölkələrdə müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə Downdetector servisinin saytında bildirilib.

Məlumata əsasən, sosial media problemləri ABŞ Şərq sahilləri vaxtı ilə saat 17:40-dan sonra müşahidə edilməyə başladı. Sosial şəbəkədə nasazlıqlar ilə bağlı şikayətlər ən çox ABŞ, Hollandiya, Böyük Britaniya, Polşa və Avstraliyadan gəlir.