“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın legionerinə təklif göndərdi

media-hightechnic-468x90

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Qarabağ”ın futbolçusu Leandro Andrade ilə yaxından maraqlanırlar.

media-banner_tuq

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngləri kabo-verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndəriblər.

İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib. “Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından L. Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.

25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Leandro Andrade “Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan keçib./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05