Feysbuk “canlı karaoke” yaratdı

media-hightechnic-468x90

Feysbuk şirkəti öz istifadəçiləri üçün yeni “canlı karaoke” tətbiqini yaradıb.

Yenicag.az xarici KİV-lərə istinadla xəbər verir ki, Feysbuk tərtibatçıları özlərinin “canlı karaoke” tətbiqini yaratmaqla “Musical.ly” xidmətinə tamhüquqlu rəqib olmağı düşünürlər. Yenilik artıq qeydiyyatdan keçən istifadəçilərə nəinki özünü vokalist rolunda hiss etmək, həmçinin canlı yayımın köməyi ilə bu ifanı dostlara da yayımlamaq imkanı verəcək.

Yayıma istifadəçilər qrupunu əlavə etmək imkanı da var ki, bununla da duet, trio, kvartet və hətta xor da yaratmaq olacaq. “Lip Sync Live” tətbiqi sosial şəbəkəyə daha gənc auditoriyanın cəlb edilməsinə istiqamətlənib ki, “canlı karaoke” imkanları ilə eyni zamanda canlı yayım daha maraqlı və praktik olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600