Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlandı

Reklam: High Technic

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Yenicag.az xəbər verir ki, 2019-cu ilin son cədvəlində ciddi dəyişikliklər olmayıb.

Bu da hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç baş tutması ilə əlaqədardır. Azərbaycan milli komandasının da mövqeyi dəyişməz qalıb.

Baş məşqçisiz qalan yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Komandanın hesabında 1177 xal var. Millimiz ötən ay olduğu kimi 114-cü pillədə qərarlaşıb.

Cədvəlin üst pillələrində də dəyişiklik baş verməyib. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədəki yerini qoruyub. Qonşu Türkiyə millisi 1494 xalla yenə 29-cudur.

www.yenicag.az

310
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100