Futbolçularımız oruc tuturlarmı?

media-hightechnic-468x90

llpArtıq ramazan ayı başlayıb və müsəlmanların əksəriyyəti oruc tutur. Biz də futbolçularımızın oruc tutub-tutmadığını öyrənmək üçün onlarla əlaqə saxladıq.

“AZAL” klubunun yarımmüdafiəçisi Orxan Həsənov bildirdi ki, məşqlər ilə bərabər oruc tutmaq çətin olur: “Gündə iki məşq olanda çətin olur. Amma bacardığım qədər çalışacam tutum. Əvvəllər oruc tutmamışam, bu il istəyirəm, ilk olsun”.

“Neftçi” klubunun yarımmüdafiəçisi Nicat Qurbanov isə oruc tutmağın hər bir müsəlmanın borcu olduğunu bildirdi: “İstəyirəm tutum. Yeni mövsümə və Avropa Liqasının oyunlarına hazırlıq getdiyi üçün bir az çətin olacaq, təbii ki. Bu baxımdan fasilə ilə tutacam”.

“Qəbələ” klubunun müdafiəçisi Ürfan Abbasov isə oruc tutmayacağını qeyd etdi: “Məşqlər çox yorucu olur. Ona görə çətin tutum”.

“Qarabağ” klubunun müdafiəçisi Tərlan Quliyev: “Allah güc versə, inşallah, tutacam bütün hamısını”.

“Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev isə bildirdi ki, oruc tutur və tutacaq da: “Hə, ramazan ayı başlayıb və oruc tutmaq Allah tərəfindən bizə verilən nemətdir. Bu ayda insanlar günah etməməli, paklanmalıdırlar. Məşq vaxtları tutacam. Amma bəzi oyunlarda tutmasam, qəzalarımı mütləq tutacam”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600