!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Gedib evdə rahat yatmaq istəyirdi” - Evinə oğru girən Nazpəri

!Reklam – Yazi

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Qərara əsasən, Asif Həmidovun vəkili Fariz Namazlının vəsatəti təmin edilməyib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən xalq artisti Nazpəri Dostəliyeva bunları deyib:

“Məhkəmə prosesləri davam edir, hələ proseslər qabaqdadır. Sadəcə olaraq, həmin adam gedib evdə rahat yatmaq istəyirdi, məhkəmə onun bu istəyini reallaşdırmadı. Hələ ki, istintaq getdiyi üçün heç nə deyə bilmərəm. İstintaq bitsin, vaxtı çatanda hər şeyi açıb danışacam”.

Müğənni onu da bildirib ki, oğurlanan zinnət əşyalarının yalnız bir hissəsi geri qaytırılıb.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Nazpəri Dostəliyevanın Bakı şəhəri Nərimanov rayonunda yerləşən mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər.

Cəvahir

www.yenicag.az

3070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv