"Gəlin, danışıqlar masasına oturaq" - Lukaşenkodan ÇAĞIRIŞ

media-hightechnic-468x90

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırıb və qeyd edib ki, bir sıra Qərb ölkələrinin nümayəndələri bunda maraqlı deyillər.

Yenicag.az xəbər verir ki, onun sözlərini “Rossiya 1” telekanalı sitat gətirib.

“Gəlin danışıqlar masasına oturaq və bu mübarizəni bitirək. Bu, nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara lazım deyil”, – Lukaşenko bildirib.

O, Qərb dövlətlərinin yüksək rütbəli nümayəndələrinin rusların və ukraynalıların bir-birini məhv etmələrinin zəruri olduğunu söyləməsi barədə məlumatı olduğunu bildirib. Belarus prezidenti aydınlaşdırıb ki, bu barədə “Amerika əsilli” insanlar danışır.

Lukaşenko hadisələrin bu inkişafını anormal hesab edib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600