Gəlirimiz 5% artıb
Bu ilin birinci rübündə Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,3% artaraq 9,5 mlrd. manata çatıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, onun hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat təşkil edərək 4,0% artıb.
Bu dövr ərzində gəlirlərin 75,7%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,1%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,6%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamda qalan gəlirləri 8,6 mlrd. manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,3% çox olub.