Gənc müğənninin ölümündən 40 gün keçir

media-hightechnic-468x90

27910_yrod36yt56Əməkdar artist Tünzalə Ağayeva intihar edən gənc ifaçı Sura Əsgərlidən yazıb.

Müğənni bu gün dünyasını dəyişməsindən 40 gün keçən duet ortağına mahnı ithaf edəcəyini bildirib:

“Əziz Sura, məkanın cənnət olsun. Artıq 40 gündür ki, bu dünyadan köçmüsən. İçimdə boşluq buraxdın, minlərlə insanı sarsıtdın getdin. Sən, özündən sonra elə bir saf, işıqlı xatirə qoydun ki… Bir də mənə hədiyyə etdiyin şeirlərin qaldı… Sənin üçün edəcəyim iki şey var: biri dualarım, ikincisi isə şeirlərinə yazacağım mahnılarda səni yaşatmaq. Səninlə son telefon danışığımızda “Sən tanımadığım doğmammısan?” şeirinə musiqi bəstələdiyimi demişdim. Sən də utanaraq “Hocam, mən də ona musiqi bəstələdim. Bəs indi necə olacaq” sualını vermişdin. Mən də “Nə olar Sura, bir şeirin iki musiqisi olsun” deyə söylədim. Sənin yazdığın musiqini eşitməyə yetişmədim. Apardın özünlə… Söz veririəm, bu mahnını oxuyacam. Qismət səni bu mahnıda yaşatmaq imiş. Allah Rəhmət eləsin”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600