Gəncədə bir-birinə bitişik beş ev yandı

media-hightechnic-468x90

Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.

Bir-birinə bitişik olan 5 ev yanıb. Yanğın nəticəsində A.Mehdiyev, E.Alırzayevə, Ç.Şaxtaxtinki, anası R.Şaxtaxtinki və Cəmilə adlı xanıma məxsus evlər yanıb. Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər tikilinin isə dam örtüyü alovlanıb.

Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-ə yaxın canılı qüvvə cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600