Gizli yolla Suriyaya keçmək istəyənlər saxlanıldı

media-hightechnic-468x90

fdfdfddfdfTürkiyə sərhədçiləri gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb.

Onlardan 7-si əcnəbi, biri isə Türkiyə vətəndaşı olub.

Qaçaqmalçılar Kilisin Elbeyli rayonunda tutulublar. Saxlanılanlar arasında Rusiya, Tunis, iki Azərbaycan vətəndaşı (R.S. və A.L), Almaniya, Səudiyyə Ərəbistanı, Suriya vətəndaşları olub.

Sərhəddi keçmək istəyənlərə “dayan” əmri verilib. İfadələri alınan şəxslərdən türk vətəndaşı sərbəst buraxılıb. Digər 7 nəfər isə deportasiya edilmək üçün Polis İdarəsinin Əcnəbilərlə iş üzrə şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Suriyadakı ixtişaşlar nəticəsində bu günə kimi onlarla azərbaycanlı öldürülüb(anspress).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600