Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 360 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 276 796, xəstəlikdən ölənlərin sayı isə 3 683 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 269 626 nəfərin sağaldığı bildirilir.
www.yenicag.az