"Heç nə yemir" - Röya ağır xəstədir?

media-hightechnic-468x90

Azərbaycanın əməkdar artisti Röya Ayxanın sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. Onun ağır xəstəliyə düçar olduğu deyilir.

Yenicag.az-a açıqlama verən müğənnini yaxın dostu Kənan Bayramovun xəbərə münasibəti belə olub:

“Bu xəbərlər hardan çıxır bilmirəm. Röya bu dəqiqə qonaqlıqdadır, başı Türkiyədən gələn qonaqlarına qarışıb. Bilirsiniz yəqin, Türkiyədən Nihat Odabaşı gəlib. Klip çəkilişlərinə hazırlaşırlar. Nə xəstəlik, bu hardan çıxdı? O sənət adamıdır, həmişə arıq olub. Adam ölür də, arıq olmaqdan ötrü. Kofe ilə dolanan adam necə olar? Röya xarakter etibarı ilə az yeyən adamdır. Səhərlər kofe içir, gün ərzində də heç nə yemir. Dostları ilə oturanda məcbur nəsə atışdırır. Belə mənasız, əsası olmayan xəbərlərə gülməyim gəlir ”.

Qeyd edək ki, azxeber.com saytı müğənninin xeyli arıqladığını və uzun müddətdir ki, xəstəlikdən müalicə aldığını yazıb.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600