Hesablama Palatası Kamal Abdullanı yoxlayır

media-hightechnic-468x90

kkoHesablama Palatası aprel ayının 10-da kollegiya iclası keçirib və iclasda dövlət büdcəsindən Bakı Slavyan Universiteti (BSU) üzrə vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

BSU-da yoxlamalara artıq ötən həftədən başlanılıb. Məhz bu səbəbindən universitetdə keçirilməsi planlaşdırılan bir çox tədbirlər təxirə salınıb.

Bakı Slavyan Universitetində yoxlamaların bitmə tarixi ilə bağlı Hesablama Palatası dəqiq tarix deməkdən imtina etdi.

Xatırladaq ki, bu ilin martın 1-də ölkə başçısının sərəncamı ilə Kamal Abdulla Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsindən azad edilib, onun yerinə isə universitetin prorektoru Asif Hacıyev təyin olunub. Digər sərəncamla isə Kamal Abdulla Azərbaycanın millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.

Qeyd edək ki, rektor dəyişikliyi ilə bağlı Hesablama Palatasının BSU-da auditi rəsmi prosedurdur(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600