Heydər Əliyev Solikamskda da unudulmadı - Foto

media-hightechnic-468x90

Rusiyanın Solikamsk şəhərində Ümummilli lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş beynəlxalq Cüdo yarışı keçirilib.

Sözügedən yarışda yüzlərlə azərbaycanlı iştirak edib.

Tədbirdə Solikamsk şəhərinin millət vəkilləri, Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Azərbaycan Mədəniyyəti və İnkişafının Fondunun sədri Şamil Tağıyev çıxış edib.

Yarış iştirakçıları çıxışında Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən söz açaraq, onun Azərbaycan naminə həyata keçirdiyi siyasətindən danışıblar.

Şəhər deputatları Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edən xətt üzrə istiqamət almasında Heydər Əliyevin böyük rolu olduğunu bildirib.

Yarışın təşkilatçısı Uğur Əfəndiyev çıxışında bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır:

“Bu gün Azərbaycan bütün dünyada öz idmanı ilə və idmana göstərdiyi maraqla tanınır. Bu, Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycanda idmana yaratdığı maraqdan sonra daha da inkişaf etməyə başladı. Bu gün də Cənab İlham Əliyev tərəfindən idman siyasəti uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan diasporu sahəsində inkişaflar, irəliləyişlər də müşahidə olunur”.

Qeyd edək ki, Cüdo yarışına Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılıb. Yarışın təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyev, Solikamsk şəhər rəhbərliyi, Gənclər və idman Departamentidir və Solikamsk şəhər Cüdo Federasiyasıdır. Turnir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilib.(İnterpress)

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa