Hündürmərtəbəli binalardakı təxliyə çıxışları problemləri - VİDEO

media-hightechnic-468x90

“Yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əsasən, hər bir obyektin təxliyə yolları mövcud olmalıdır. Bundan əlavə, onların daimi olaraq maneəsiz, açıq vəziyyətdə olması təmin edilməlidir”.

Bu sözləri Yenicag.az-la söhbətində təhlükəsizlik məsələləri üzrə mütəxəssis Orxan Musayev deyib.

Ekspert hündürmərtəbəli binalardakı təxliyə çıxışlarında olan problemlərdən söz açıb.

Xatırladaq ki, ötən həftə paytaxtın Nərimanov rayonunda yerləşən hündürmərtəbəli binada baş verən yanğından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində binalardakı təxliyə çıxışları ilə bağlı müzakirələr geniş rezonans doğurub.

Sosial şəbəkə istifadəçiləri bir çox binalarda təxliyə çıxışlarının bağlı olmasından gileylənərək, fors-major hallarda bunun insanların həyatı üçün təhlükəyə səbəb olmasını dilə gətiriblər.

Ətraflı videonu təqdim edirik:

Rafi Müslümov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600