İbrahim Tatlıses evlənir - 6-cı dəfə

media-hightechnic-468x90

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses evlənmək eşqinə düşüb.

Yenicag.az xəbər verir ki, o, Seda Sayanın verilişində 2013-cü ildə boşandığı Ayşegül Yıldızla yenidən evlənmək istədiyini bildirib: “Evlənməyi düşünürəm. Elifin anası Ayşegül Yıldıza evlənmək təklifi edəcəm. Ona aşıq deyiləm, amma evlənmək istəyirəm. Ona bu təklifimi bildirməmişəm. Televiziya vasitəsi ilə bunu bəyan edirəm”.

Qeyd edək ki, Tatlıses buna qədər 5 dəfə evli olub. O, uzun müddət birlikdə olduğu Ayşegül Yıldızla 2011-ci ildə rəsmi nikaha daxil olub. Evliliyin ikinci ilində cütlüyün Elif adında qızı dünyaya gəlib. Tərəflər 2013-cü ildə qarşılıqlı razılıq əsasında boşanıblar.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa