Canlı yayıma çıxan müğənni İbrahim Tatlısəs birinci həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəslə yaşadığı problemlərdən danışıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni müsahibə zamanı Gülçin Karakaya ilə niyə ayrıldığını da açıqlayıb.
Ustad sənətçi İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və böyük oğlu Ahmet Tatlısəsin onun Bodrumdakı evinə cadu elətdirdiklərini, donuz yağı sürtdüklərini bildirib:
“Bizə cadu etdilər. Ondan sonra biz Gülçinlə ayrıldıq. O məni görmək istəmir. Mən ona ev, maşın almışam. Ona hər şey fəda olsun, o mənim sol yanımdır. Heç kim yanımda olmayanda o mənim yanımda idi. Bu şəxs Gülçin Karakayadır”.
İbrahim Tatlısəs mülkünü kimə buraxacağını da açıqlayıb:
“Övladlarım mal-mülkə görə evlənməyimi istəmir. Amma mən nə edəcəyimi bilirəm. Yaş fərqinin heç bir önəmi yoxdur. Karakaya ilə barışıb evlənsək, var-dövlətimi onun adına keçəricəyəm. Əgər barışmasaq, hamısını Əsgər Vəqfinə bağışlayacağam”.
www.yenicag.az