İcra başçısının oğlu intihara cəhd etdi

media-hightechnic-468x90

ssƏhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib.

Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub.

Oteldə yaşanan mübahisə zəminində Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihara cəhd edib. Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb.

Xatırladaq ki, Əhəd Abıyev 17 yaşlı oğlunun Türkiyədə oteldə 9 mərtəbəli binadan yıxılması barədə xəbəri təkzib etmişdi(publika.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600